Futbol · APA Sport
La Liqa: “Real” “Betis” səfərindən xalsız qayıdır

İspaniya La Liqasında IV tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk günündə bir qarşılaşma baş tutub.
“Real Madrid” səfərdə “Real Betis”lə üz-üzə gəlib.
Gərgin keçən görüşün taleyini bir qol həll edib. Troy Perrottun 81-ci dəqiqədə fərqlənməsi ev sahiblərinə qələbə qazandırıb.
Qeyd edək ki, “Real Madrid”in heyətində Kilyan Mbappe əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə penaltidən yararlana bilməyib.