İdman24
Digər · APA Sport

15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək

27–28 iyun tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, ölkəmiz yarışda 5 çəki dərəcəsində 15 kişi cüdoçu ilə təmsil olunacaq.

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə