Döyüş İdmanı · APA Sport
DÇ: Nadir Həsənov ikinci döyüşündə məğlub oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Ukrayna təmsilçisi Roman İvanikə 0:8 hesabı ilə uduzub.
Həsənov bundan əvvəl təsnifat mərhələsində Tacikistan güləşçisi Mahdi Azizboyevi 10:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Nadir Həsənovun təsəlliverici görüşlərdə iştirak edib-etməyəcəyi rəqibi Roman İvanikin finala yüksəlməsindən asılı olacaq.
U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.