Digər · APA Sport
“Fənərbaxça” “Slaviya” ilə oyuna iki itki ilə çıxacaq

“Fənərbaxça” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Slaviya” ilə qarşılaşmada iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində zədəli Mert Müldür və əməliyyat olunması planlaşdırılan Marko Asensio yer almayacaq.
Qeyd edək ki, “Fənərbaxça” – “Slaviya” matçı oktyabrın 20-də keçiriləcək. “Çobani” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Qarşılaşmanı ispaniyalı referi Rikardo de Burqos idarə edəcək.