Döyüş İdmanı · APA Sport
Azərbaycanlı atletdən Avropa birinciliyində 3 medal

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, atletimiz Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində uğurla çıxış edib.
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Kamran Nəbizadənin də zalda izlədiyi yarışda 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üç bürünc medal qazanıb.
Qasım İsmayılov birdən qaldırma hərəkətində 139 kq, təkanla qaldırmada isə 175 kq nəticə göstərərək hər iki növdə üçüncü yeri tutub. Atletimiz iki hərəkətin cəmində 314 kq nəticə ilə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.