Futbol · APA Sport
“Sabahın Ulduzları”nda U-15-lər üzrə 7-ci tura yekun vurulub

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda yeddinci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
“Ulduz” - “Dinamo” 6:0 Qollar: Taleh Dadaşzadə (6), Rəsul Qurbanlı (19), Asif Allahverdi (25), Nihat Bəylərli (51), Müşfiq Zamanov (54, 67).
“Sabah” - “Marafon” 6:0 Qollar: Yusif Ağayev (14, 42, 61, 71-pen.), Rüfət Həsənov (38), Hüseyn Musayev (80+1).
Avqustun 31-də U-14 yaş qrupunda səkkizinci turun oyunları keçiriləcək:
“Azərbaycan Qartalları” - “Xan” “Qarabağ” - “Sabah” “Qəbələ” - EFA