İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub Fərdi 20 noyabr, 2026 13:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub.

Bu barədə "Report" a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi turnirdə böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşfiq Məmmədovun rəhbərlik etdiyi heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.

Yarış çərçivəsində ümumilikdə 5 görüş keçirən Azərbaycan yığması bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərlərinin təmsilçilərini, yarımfinalda isə təşkilatçı ölkənin yığmasını məğlub edib.

Finalda Acarıstan komandası ilə görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan Azərbaycan millisi çempionluq kubokuna sahib çıxıb.

Bu turnir yeniyetmə güləşçilərin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 19:13 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Hadisə 19:09 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib Din 19:07 Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir" İKT 18:59 Foto "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 18:49 Foto Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Hadisə 18:46 Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Region 18:36 Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək Digər ölkələr 18:21 Foto Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" İKT 18:09 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə