Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

İlham Əliyev Zəfərə gedən yol Bakı 26° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq Ekologiya 28 sentyabr, 2026 13:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə "Report" a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Şəfiqə Nazimqızı Sosial şəbəkələrdə paylaşın Скопировано Завтра в Баку ожидается дождь, в высокогорных районах - снег USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 14:44 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Hadisə 14:36 İspaniyalı diplomat Fələstinlə bağlı bəyanata görə İsrail XİN-ə çağırılıb Digər ölkələr 14:35 Aİ ukraynalı uşaqların Rusiyaya aparılmasına görə 10 şəxsə və 17 təşkilata sanksiya tətbiq edib Digər ölkələr 14:31 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Hadisə 14:27 Hindistanda şiddətli yağışlar səbəbindən 80-dən çox insan ölüb - YENİLƏNİB Digər ölkələr 14:25 Girne sahillərində batan gəmidə itkin düşən daha iki nəfərin meyiti tapılıb Region 14:19 "Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib Komanda 14:19 Vissan sahillərində La-Manşı qanunsuz keçməyə cəhd edən üç nəfər ölüb Digər ölkələr 14:15 Foto Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.