"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb" Komanda 04 noyabr, 2026 12:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Bolqarıstan "Maritsa"sını məğlub etməklə qrup mərhələsinə yüksəlmək şansını yaxşılaşdırıb.
Bunu "Report" a açıqlamasında Azərbaycan çempionunun baş məşqçisi Ziya Rəcəbov deyib.
Mütəxəssis II təsnifat mərhələsində Xorvatiya "Mladost"u ilə matçdan sonra Bakıya qayıtmamaq qərarının doğru olduğunu vurğulayıb:
"Xorvatiyadakı görüşdə saat fərqi, uzun yol və iki reys dəyişməyimiz yorğunluğa səbəb olmuşdu. Noyabrın 5-də evdə oynamalı idik, lakin Bakıya qayıdıb dərhal yenidən Avropaya yollanmaq əvəzinə, elə orada qalmağı məqsədəuyğun saydıq. Rəqib də səfərdən gəldiyi üçün ilk matçın Bolqarıstanda keçirilməsi təklifini qəbul etdik. Onlar bizə məşq prosesi və digər məsələlərlə bağlı şərait yaratdılar. Avropada qalmağımız bərpa olunmağa və yaxşı hazırlaşmağa böyük kömək etdi".
O, heyətdəki itkilər və rəqibin gücü barədə danışıb:
"Maritsa" gənc və ucaboy voleybolçulardan formalaşmış yaxşı komandadır. Bizdə Marta Drpa Xorvatiya təmsilçisi ilə son qarşılaşmada zədələnmişdi, Vilma Salas isə viza problemi səbəbindən kollektivə qoşula bilməmişdi. Buna baxmayaraq, xarakter nümayiş etdirən voleybolçularımızı təbrik edirəm. "Mladost"la matçdan dərhal sonra Bolqarıstan klubunu təhlil etmişdik və oyunçularımız tapşırıqları tam yerinə yetirdilər".
Z.Rəcəbov cavab qarşılaşması öncəsi planları bölüşüb:
"Artıq səfər matçını arxada qoyduq. Qrup mərhələsinə yüksəlməyə bir addım qalıb. Noyabrın 5-də komandaya birgünlük istirahət veriləcək. Ayın 6-dan isə məşqləri bərpa edəcəyik. Noyabrın 10-da Tovuzda, doğma azarkeşlər önündə də uğurlu nəticə qazanmağa çalışacağıq".
Xatırladaq ki, "Turan" noyabrın 3-də Bolqarıstanda baş tutan ilk görüşdə "Maritsa"nı 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü noyabrın 10-da Tovuzda keçiriləcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 13:45 Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri 2029-cu ilədək əməkdaşlıq planı imzalayacaq Xarici siyasət 13:43 Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır Maliyyə 13:37 Elvin Camalov: "Büdcənin neft gəlirlərindən asılılığı tədricən azaldılmalıdır" Maliyyə 13:33 Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb Region 13:31 Kənan Əliyev: "Azərbaycanda sağlamlıq turizminin unikal potensialı var" Turizm 13:31 Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmalıdır" Maliyyə 13:28 Toral Bayramov: "Bursaspor"da ilk vaxtlar sistemə uyğunlaşmaq bir az çətin oldu" - Müsahibə Futbol 13:23 Azərbaycanda icmal büdcənin hesablanması qaydası dəyişdiriləcək Maliyyə 13:21 Azərbaycanda ortamüddətli dövr üçün iqtisadi artım strategiyası açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.