Futbol · APA Sport
DÇ-26: Kolumbiya 1/8 finala yüksəldi - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Kolumbiya və Qana milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 05:30-da start götürüb.
Oyunda hesabı Kolumbiya millisi açıb. 14-cü dəqiqədə Con Arias fərqlənib. Geridə qalan dəqiqələrdə hesab dəyişməyib: 1:0.
Bu nəticədən sonra Kolumbiya növbəti mərhələyə vəsiqə qazanıb.
Kolumbiya 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.
DÇ-2026 1/16 final 4 iyul 05:30. Kolumbiya – Qana 1:0
Kolumbiya : Varqas, Munyos, Sançes, Lukumi, Moxika, Arias, Lerma, Puerta, Xames Rodriqes, Kordoba, Luis Dias
Qana : Ati-Ziqi, Mensa, Opoku, Lukkassen, Senaya, Partey, Semenyo, Sibo, Yirenki, Uilyams, Ayu