İdman24
Digər · APA Sport

“Payde”nin baş məşqçisi: “İrəli getməyə davam etməliyik"

Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" ilə Sumqayıtda 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, Estoniyanın "Paide" komandasının baş məşqçisi komandasının uğurunu belə dəyərləndirib:

“Burada heç bir sirr yoxdur. Biz birlikdə mübarizə apardıq və qalib gəldik. Sonadək döyüşdük və istəyimizə çatdıq. Yaxşı qapıçımız və güclü müdafiəçilərimiz var. Bəzən elə oyunlar olur ki, rəqib daha çox hücum edir, amma istədiyi nəticəni əldə edə bilmir".

Baş məşqçi avrokuboklarda növbəti mərhələyə yüksəlməyin onun üçün xüsusi hisslər yaratdığını da vurğulayıb:

“Hazırda tamamilə gözəl hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlmək bizim üçün yeni bir tarixdir. Hesab edirəm ki, bununla kifayətlənməməli və irəli getməyə davam etməliyik".

Orijinal mənbə

İdman24 əsas səhifə