Digər · APA Sport
A Seriyası: “İnter” və “Latsio” turu qalib başa vurdu

İtaliya A Seriyasında XIII turun matçları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Frozinone" öz meydanında "Parma" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.
Lider "Latsio" səfərdə "Torino" ilə qarşılaşıb. 3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub - 2:1.
"İnter" isə doğma azarkeşlər önündə "Cenoa"nı qəbul edib. Görüş Milan təmsilçisinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.