İdman24
Futbol · APA Sport

DÇ-2026: İspaniya və Kabo Verde 1/16 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə H qrupunun iki görüşü baş tutub.

Uruqvay millisi İspaniya ilə qarşılaşıb. Görüş İspaniyanın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Qrupun digər matçında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Matçdan qol səsi çıxmayıb: 0:0.

Hər iki matç Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

DÇ-2026 H qrupu, III tur 27 iyun 04:00. Uruqvay - İspaniya 0:1

04:00. Kabo-Verde - Səudiyyə Ərəbistanı 0:0

Orijinal mənbə

İdman24 əsas səhifə