Digər · APA Sport
PL: Son çempion mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 2026/27 mövsümü start götürüb.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Son çempion "Arsenal" öz meydanında çempionatın debütantı "Koventri" ilə üz-üzə gəlib.
3 qolun vurulduğu matçda qalib "topçular" olub. Görüş "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.