İdman24
Futbol · Report İdman

Qurban Qurbanov: "Eminin millidə 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub"

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 12° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qurban Qurbanov: "Eminin millidə 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub" Futbol 19 noyabr, 2026 10:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Emin Mahmudovun Azərbaycan millisindəki 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub.

Bunu "Report" a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis uzun illər yığmada sabit oyun göstərən oyunçuya təşəkkür edib:

"Əvvəlcə Emin Mahmudova uğurlar arzulayıram. Bir azərbaycanlı kimi ona minnətdaram. Bu illər ərzində Azərbaycan futbolu üçün göstərdiyi peşəkarlığa və əzmkarlığa görə təşəkkürümü bildirirəm. Milli komandada 10 il ərzində nümayiş etdirdiyi sabit və etibarlı oyunu çox yüksək qiymətləndirirəm. Çünki bu müddət ərzində eyni səviyyəni qoruyub saxlamaq, istər yığma, istərsə də klub miqyasında belə stabillik göstərmək asan deyil. Bunun üçün yüksək peşəkarlıq tələb olunur. Bu keyfiyyəti bütün gənc futbolçular, ümumiyyətlə, əsas komandada çıxış edən hər bir oyunçu üçün motivasiya mənbəyi olub. Mən bütün futbolçularda məhz belə peşəkarlıq görmək istərdim".

Baş məşqçi yarımmüdafiəçinin onun qol göstəricisini geridə qoymasına və yığmadakı karyerasını başa vurmasına da münasibət bildirib:

"Rekordumu yeniləməsinə gəlincə, düşünürəm ki, bu, hər bir oyunçu üçün arzuolunan nəticədir. Müəyyən müddətdən sonra rekordların təzələnməsi təbiidir. Onun bu uğura imza atması isə, əlbəttə ki, qeyd etdiyim kimi, peşəkarlığından, əzmkarlığından və ustalığından irəli gəlir. Milli komandadakı karyerasını başa vurması ilə bağlı isə onu deyə bilərəm ki, ümumiyyətlə, mən hər zaman hər bir idmançının qərarına hörmətlə yanaşmışam. Eminin seçiminə də eyni cür yanaşıram. O, savadlı və düşüncəli insandır. İnanıram ki, bu addımı atarkən öz səbəbləri və əsasları olub. Hər bir halda, ona olan hörmətimi həmişə qoruyub saxlayacağam. Bir daha ona işində, həyatında və ailəsində müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm, Emin!"

Qeyd edək ki, E.Mahmudov noyabrın 16-da Azərbaycan millisinin Andorra (3:1) ilə baş tutan beynəlxalq yoldaşlıq matçından sonra yığmadakı karyerasını bitirib. O, hazırda 16 qolla komanda tarixinin bombardiridir.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 10:45 Rumıniyalı ekspert: "Süni intellekt xarici siyasətdə yeni qaydalar müəyyənləşdirir" İKT 10:41 Foto Ramin Məmmədov Ağstafada "Cümə" və "Eyyub ağa" məscidlərini ziyarət edib Din 10:40 Foto Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı müzakirə olunub Biznes 10:40 Elnur Məmmədov: Süni intellekt əsrində beynəlxalq əməkdaşlığı gücləndirməliyik İKT 10:35 Qurban Qurbanov: "Eminin millidə 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub" Futbol 10:34 Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir Sosial müdafiə 10:33 Foto Yeddinci "Yüksəliş"ə doğru - altı mövsümün formalaşdırdığı idarəçilik potensialı Elm və təhsil 10:32 Ziyafət Əsgərov: "Heç bir dövlət kibertəhdidlərin qarşısını təkbaşına ala bilməz" İKT 10:28 Hacıqabulda zəlzələ olub Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə