Digər · APA Sport
Millimiz Səudiyyə Ərəbistanı ilə iki yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanı seçməsi ilə iki yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Qarşılaşmalar dekabrın 2-də və 5-də Bayıl stadionunda baş tutacaq. Hər iki matç saat 15:00-da start götürəcək.
Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısını təqdim edirik: