Futbol · APA Sport
“Betis”in ulduz futbolçusunun evinə oğrular girdi - ÇL MATÇI ZAMANI

İspaniyanın “Betis” klubunun braziliyalı futbolçusu Antoninin evi qarət olunub.
Apasport.az xəbər verir ki, hadisə oktyabrın 14-də, 25 yaşlı hücumçunun UEFA Çempionlar Liqasında “Portu” ilə qarşılaşmada iştirak etdiyi vaxt baş verib.
Oğrular futbolçunun evindən əşyalar götürüblər.
Antoni hadisədən sonra ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. O, maddi itkilərin bərpa oluna biləcəyini, lakin ailəsinin rahatlığının hər şeydən vacib olduğunu bildirib.
Qeyd edək ki, “Betis” Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Portu”nu 3:2 hesabı ilə məğlub edib.