“Real” Holand transferində “Barselona”nı qabaqlayır

Madrid “Real”ı “Mançester Siti”nin hücumçusu Erlinq Haaland uğrunda mübarizədə “Barselona”dan daha əlverişli mövqedədir.
Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Barselona” norveçli hücumçunun 2027-ci ildə mümkün transferinin şərtlərini araşdırır. Kataloniya klubunun prezidenti Joan Laporta bu keçidin reallaşması üçün zəmin hazırlamağa çalışır.
Lakin “Barselona”nın maliyyə vəziyyəti və maaş limiti ilə bağlı məhdudiyyətlər transferin qarşısındakı əsas maneələrdən hesab olunur. Bildirilir ki, klub Haalandla şəxsi müqavilə şərtlərində razılığa gəlsə belə, onun qeydiyyatı problem yarada bilər.
“Real” isə maliyyə baxımından belə böyük transferi həyata keçirmək üçün daha əlverişli vəziyyətdədir. Madrid təmsilçisinin maliyyə qaydalarına uyğunlaşmaq üçün əvvəlcədən əlavə addımlar atmasına ehtiyac olmadığı vurğulanır. Mənbəyə görə, məhz bu amil “Real”a Haaland uğrunda mübarizədə üstünlük verir.
Qeyd edək ki, Erlinq 2022-ci ildən “Mançester Siti”nin formasını geyinir.