İdman24
Futbol · APA Sport

"Araz-Naxçıvan" ev oyunlarını Qəbələdə keçirəcək

"Araz-Naxçıvan" 2026/2027 mövsümündə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan təmsilçisi Misli Premyer Liqasında və digər rəsmi yarışlarda rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirirdi.

Orijinal mənbə

İdman24 əsas səhifə