Futbol · APA Sport
"Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi

“Bavariya”nın qapıçısı Aleksander Nübel karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, alman qolkiper “Beşiktaş”a keçmək istədiyini klub rəhbərliyinə çatdırıb. Hazırda transferin reallaşması üçün tərəflər arasında razılığın əldə olunması gözlənilir.
Qeyd edək ki, 29 yaşlı qapıçı ötən mövsümü icarə əsasında “Ştutqart”da keçirib. Nübel Almaniya millisinin də üzvlərindən biridir.