İdman24
Futbol · Report İdman

David Domqjoni: "Öz üzərimizdə işləsək, "Kəpəz" daha yüksək yerlərdə qərarlaşacaq"

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 29° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia David Domqjoni: "Öz üzərimizdə işləsək, "Kəpəz" daha yüksək yerlərdə qərarlaşacaq" Futbol 15 sentyabr, 2026 18:53 "Kəpəz" komandası öz üzərində işləsə, gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin müdaifəçisi David Domqjoni klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Albaniyalı futbolçu komandadakı debütündən və "Kəpəz"ə transferindən danışıb:

"Qəbələ"yə qarşı oyundakı debütüm yaxşı alındı. Zaman keçdikcə, komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim "Kəpəz" formasında ilk oyunumun qələbə ilə başa çatmasına görə çox xoşbəxtəm. Təklif gələndə, "Kəpəz"in köklü klub olduğunu öyrəndim. "Sarı-göylər"in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, komanda olaraq üzərimizdə işləsək, "Kəpəz" gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq".

O, "Kəpəz" komandası ilə azarkeşlər arasında sıx bağlılığın olduğunu söyləyib:

"Əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili "Kəpəz"in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda tərəfdar gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik".

Qeyd edək ki, 29 yaşlı David Domqjoni bu ayın əvvəli "Kəpəz"ə transfer olunub. O, son olaraq İsrailin "Hapoel" (Yerusəlim) klubunda çıxış edib.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 29° C Son xəbərlər 19:42 Foto İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib Biznes 19:41 Foto ADB ilə Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi müzakirə edilib Maliyyə 19:36 "AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək Energetika 19:32 Gürcüstan mediası İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinə geniş yer verib Xarici siyasət 19:29 Almaniyada Mertsin fəaliyyətindən narazılıq rekord həddə çatıb Digər ölkələr 19:26 Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib Maliyyə 19:22 Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb Region 19:04 Bessent Tramp və Si Cinpinin danışıqları ərəfəsində Çinin Baş nazirinin müavini ilə görüşəcək Digər ölkələr 19:02 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir - RƏY Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə