İdman24
Digər · APA Sport

"Siti"nin hücumçusu Səudiyyə Ərəbistanı klubunda

“Mançester Siti”nin hücumçusu Mahamadu Sanqare karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 19 yaşlı forvard “Əl-Qadisiyyə”yə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa U-19 millisinin üzvü yeni komandası ilə 2029-cu ilin iyununadək nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Sanqare ötən ilin yayında PSJ-dən “Mançester Siti”yə azad agent statusunda keçmişdi. Gənc hücumçu İngiltərə klubunun əsas komandasında rəsmi oyuna çıxmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə