"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Sloveniyadakı cavab oyunu bizim üçün çox çətin olacaq"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Sloveniyadakı cavab oyunu bizim üçün çox çətin olacaq" Komanda 20 noyabr, 2026 12:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Sloveniyanın "ACH Volley Lyublyana" komandası ilə səfərdə keçiriləcək cavab oyunu "Xilasedici" üçün çox çətin olacaq.
Bunu "Report" a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisinin baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis ilk matçın nəticəsinə baxmayaraq, mübarizədən razı qaldığını bildirib:
"Rəqib həqiqətən çox güclü və yüksəksəviyyəli kollektivdir. Demək olar ki, Sloveniya yığması ilə qarşılaşdıq. Heyətlərində cəmi 2 əcnəbi çıxış edirdi, qalan bütün idmançılar isə milli komandanın üzvləri idi. 3:1 hesablı məğlubiyyətə baxmayaraq, voleybolçularıma meydanda belə gözəl oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm. Dünənki görüşdə əsas problemimiz servislərin alınmaması oldu, güclü zərbələr endirə bilmədik. Üstəlik, qarşı tərəfin təcrübəsi və səviyyəsi də öz sözünü dedi".
Baş məşqçi səfər matçına hazırlıq planlarından və heyətdəki zədəli voleybolçuların durumundan danışıb:
"Bu gün kollektivə istirahət vermişik ki, oyunçular dünənki görüşdən sonra dincəlsinlər. Sabah məşqçilər korpusunun iclası olacaq, matçı təhlil edib, hazırlıqlara başlayacağıq. Vaxtımız azdır, çünki noyabrın 23-də gecə saat 04:30-da səfərə çıxırıq. Heyətdə 2 zədəli voleybolçumuz var, lakin onların müalicəsi davam edir və cavab qarşılaşmasında hamısı meydançaya çıxacaq".
C.Cəlilov növbəti matçda şansların bərabər olduğunu vurğulayıb:
"Çempionlar Liqasında brend klublar mübarizə aparır, amma rəqib məğlubedilməz deyil. Voleybolda hər şey mümkündür və cavab görüşündə şansları faiz nisbəti ilə 50-nin 50-yə dəyərləndirirəm. Həmin gün oyunumuz alınsa, istədiyimiz nəticəni əldə edə bilərik. Bu, hələ son deyil. Uduzsaq belə, yolumuza CEV Çelenc Kubokunda davam edəcəyik".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Sloveniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyanada keçiriləcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 19:13 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda texniki xəta baş verib, yubanmalar yaranıb Daxili siyasət 19:09 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib Din 19:07 Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir" İKT 18:59 Foto "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 18:49 Foto Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Hadisə 18:46 Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Region 18:36 Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək Digər ölkələr 18:21 Foto Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" İKT 18:09 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.