İdman24
Digər · Report İdman

Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qalıb

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 16° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qalıb Fərdi 04 oktyabr, 2026 16:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında oktyabrın 1-3-də keçirilmiş Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb.

Bu barədə "Report" a ASF-dən məlumat verilib.

"İpək Yolu" adlanan beynəlxalq yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib.

Azərbaycan milli komandası medal qazana bilməsə də, idmançılar şəxsi nəticələrini yaxşılaşdırmağa müvəffəq olublar. Belə ki, üzgüçülər 7 Azərbaycan rekordu və 16 şəxsi rekord yeniləniblər.

Yarış çərçivəsində beynəlxalq səviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliya təmsilçisi Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 20,22 saniyə nəticə göstərərək, Dünya Kuboku rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 44,84 saniyə nəticə göstərərək dünya rekorduna ortaq olub.

Dünya Kubokunun yekununda xal prinsipinə əsasən kişilər arasında Yeqor Kornev (Rusiya) birinci, Luk Barr (ABŞ) ikinci, Piter Kutsi (Cənubi Afrika Respublikası) isə üçüncü yeri tutub.

Qadınlar arasında isə Marrit Stenberxen (Hollandiya) qalib olub. Ros Vanotterdayk (Belçika) ikinci, Yu Yitinq (Çin) isə üçüncü pillədə qərarlaşıb.

"İpək Yolu" Dünya Kuboku yalnız idman mübarizəsi ilə deyil, beynəlxalq əməkdaşlıq və ölkələrin idman nümayəndə heyətlərinin bir araya gəlməsi baxımından da əhəmiyyətli tədbir kimi yadda qalıb. Yarış çərçivəsində iştirakçılar üçün müxtəlif tədbirlər və proqramlar təşkil olunub, Bakının tarixi və mədəni irsi ilə tanışlıq imkanları yaradılıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto На Кубке мира по плаванию в Баку зафиксирован ряд рекордов USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 17:51 Foto UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ilk hissə başa çatıb - YENİLƏNİR Futbol 17:51 Yəməndə husilərə qarşı hərbi əməliyyat başlayıb Digər ölkələr 17:43 Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar Komanda 17:27 Zidan: Ronaldu möhtəşəm karyera qurub Futbol 17:11 Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb Digər ölkələr 16:48 Almaniya Ukraynaya 1,3 milyard avrodan çox dəyərində yeni yardım paketi ayırıb Digər ölkələr 16:40 Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var Digər ölkələr 16:29 Avropada sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb Digər ölkələr 16:16 Bir gündə Türkiyədə dörd dəfə zəlzələ olub Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə