İdman24
Digər · APA Sport

Yeton Bekiri: “Digər vacib məqam isə…”

“Qəbələ” Azərbaycan Kubokunun II təsnifat mərhələsində səfərdə “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Yeton Bekiri oyundan sonra fikirlərini bölüşüb:

“Kubok oyununda qalib gələrək növbəti mərhələyə yüksəlmək vacib idi. Çempionatda az oynayan futbolçulara daha çox şans verdik. Digər vacib məqam isə oyunu zədə və itki olmadan başa vurmaq idi. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. İlk hissədə üç qol vurduq. Fasilədən sonra da futbolçuların daha çox qol vurmasını istəyirdim. Ümumilikdə, üstünlüyümüz şəraitində keçən yaxşı oyun oldu”.

Orijinal mənbə

İdman24 əsas səhifə