İdman24
Futbol · APA Sport

“Sabah” – “Qarabağ” oyunu təxirə salınıb

Əvəzedicilər Liqasının IX turu çərçivəsində noyabrın 8-də keçirilməsi planlaşdırılan “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

Bu barədə Peşəkar Futbol Liqasından Apasport.az -a məlumat verilib.

Qərar 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə qəbul edilib.

AFFA-nın müraciəti və klubların razılığı əsasında Peşəkar Futbol Liqası qarşılaşmanın təxirə salınmasına qərar verib.

Orijinal mənbə

İdman24 əsas səhifə