Digər · APA Sport
Sabiq "Fənərbaxça"lı karyerasını BAŞA VURDU

Türkiyəli müdafiəçisi İsmail Köybaşı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun son olaraq formasını geyindiyi "Göztepe" klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli sol cinah müdafiəçisi 36 yaşında peşəkar futbolla vidalaşmaq qərarına gəlib.
Qeyd edək ki, İsmail Köybaşı "Qaziantep"in yetirməsidir. O, karyerası ərzində "Beşiktaş", "Fənərbaxça", "Qranada", "Rizespor" və "Trabzonspor"da çıxış edir. Futbolçu Türkiyə milli komandasının heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.