İdman24
Digər · APA Sport

Bocciaçımız dünya çempionatının 1/8 finalında

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən boccia üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Sona Ağayeva mübarizəni davam etdirir.

Apasport.az xəbər verir ki, BC2 kateqoriyasında çıxış edən paralimpiyaçımız qrup mərhələsində slovakiyalı Nina Melicherovanı məğlub edib, İndoneziya təmsilçisi Gischa Zayana ilə görüşdə isə uduzub.

Beləliklə, Sona Ağayeva qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/8 finala yüksəlib.

İdmançımız bu mərhələdə dünya reytinqinin 7-ci pilləsində qərarlaşan Böyük Britaniya təmsilçisi Kayleigh Brown ilə üz-üzə gələcək.

Orijinal mənbə

İdman24 əsas səhifə