İdman24
Döyüş İdmanı · APA Sport

UFC: Özbəkistan idmançısından SABMİŞŞINLA QƏLƏBƏ

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.

Gecənin növbəti döyüşü yarım yüngül çəki dərəcəsində baş tutub.

Beşinci qarşılaşmada özbəkistanlı Nursulton Ruziboev Rusiya təmsilçisi Andrey Pulyaevlə üz-üzə gəlib.

Orta çəkidəki döyüş Özbəkistan idmançısının sabmişşınla qələbəsi ilə yekunlaşıb.

O, ilk raundda boğucu fəndlə rəqibini təslim olmağa məcbur edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə