Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb Fərdi 03 noyabr, 2026 10:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Bu barədə "Report" a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Nazir çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib.
O, oktyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himninin 17 ölkədə səsləndirildiyini bildirib. İdmançılar ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
Görüşdə nazirin mentoru olduğu, "Yüksəliş" müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinika rəisi Ramil Hüseynzadə də iştirak edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Фарид Гайыбов встретился с отличившимися на международной арене спортсменами Foto Farid Gayibov meets Azerbaijani athletes honored at int'l competitions --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 11:58 Tahir Rzayev: 8 Noyabr Zəfəri milli iradənin və tarixi ədalətin təntənəsidir Daxili siyasət 11:55 Azərbaycanda pul bazası 25 milyard manatı keçib Maliyyə 11:54 Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrda cüzi artıb Maliyyə 11:53 Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edir Milli Məclis 11:50 Makunts: Ermənistan beynəlxalq instansiyalarda Azərbaycana qarşı iddialarını geri götürəcək Region 11:49 Foto Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Digər 11:48 Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək Xarici siyasət 11:35 Paşinyanın aparatının xərcləri 2027-ci ildə 6,4 % azaldılacaq Region 11:34 Patrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.