İdman24
Şahmat · APA Sport

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu oktyabrın 17-23-ü aralığında Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokundə iştirak edəcək.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Kişi və qadınlardan ibarət klublar arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev "Vüqar Həşimov" klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.

Qadınların yarışında isə ölkənin aparıcı şahmatçılarında formalaşan "Odlar Yurdu" klubu mübarizə aparacaq. "Odlar Yurdu"nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdur.

Orijinal mənbə

İdman24 əsas səhifə