İdman24
Futbol · APA Sport

Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi

Cənubi Koreya millisi 2026-cı il dünya çempionatında mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, A qrupunu 6 xalla 3-cü pillədə başa vuran Asiya təmsilçisi ən yaxşı üçüncülər sırasında yer ala bilməyib.

Bununla da Cənubi Koreya 1/16 final mərhələsindən kənarda qalıb.

Qeyd edək ki, komanda qrup mərhələsində Çexiyanı 2:1, Cənubi Afrikanı 1:0 hesabı ilə məğlub edib, Meksikaya isə 0:1 hesabı ilə uduzub.

Orijinal mənbə

İdman24 əsas səhifə