"Marsel" 2026/2027 mövsümündə Avropa Liqasında iştirakdan imtina etməyi nəzərdən keçirib

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 30° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Marsel" 2026/2027 mövsümündə Avropa Liqasında iştirakdan imtina etməyi nəzərdən keçirib Futbol 16 sentyabr, 2026 15:21 Fransanın "Marsel" klubu 2026/2027 mövsümündə UEFA Avropa Liqasında iştirakdan imtina edərək, diqqəti Liqa 1-ə yönəltmək variantını nəzərdən keçirib.
"Report" un məlumatına görə, bu barədə "L'Equipe" nəşri yazıb.
Məlumata əsasən, belə bir qərar klubun maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təzyiqi müəyyən qədər azalda bilərdi.
"Marsel" 2025/2026 mövsümünün yekunlarına əsasən Avropa Liqasına vəsiqə qazanıb. Klubun əsas hədəfi isə Çempionlar Liqasına yüksəlmək olub. Komandanın bu məqsədə çatmaması maliyyə vəziyyətinə təsir edib.
Gəlirlərin azalmasından sonra UEFA klubun maliyyə hesabatlarını daha ciddi şəkildə araşdırıb. Nəticədə "Marsel"in Avropa Liqasında iştirakına icazə verilsə də, klubdan əməkhaqqı fondunu əhəmiyyətli dərəcədə azaltmaq tələb olunub.
Məhdudiyyətlər nəticəsində bir neçə əsas futbolçu komandadan ayrılıb. Buna baxmayaraq, "Marsel" yeni oyunçuları qeydiyyatdan keçirə bilməyib. Bu səbəbdən komandanın heyəti ötən mövsümlə müqayisədə zəif hesab olunur.
Qeyd edək ki, "Marsel" Avropa Liqasının Liqa mərhələsinin ilk turunda sentyabrın 17-də səfərdə Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 30° C Son xəbərlər 16:49 Rahid Əmirquliyev: "Azərbaycan Premyer Liqasından gəlib, I Liqada oynamaq asan deyil" Futbol 16:48 Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib Region 16:43 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Energetika 16:42 Prezidentin çıxışının mühüm xətti Türk dünyası ilə Qafqaz və İslam aləminin qarşılıqlı əlaqələrinin qeyd edilməsidir – RƏY Xarici siyasət 16:37 Deputat Cinayət Məcəlləsinə bank fırıldaqçıları ilə bağlı daha dəqiq müddəaların əlavə olunmasını təklif edib Milli Məclis 16:36 Hikmət Babaoğlu: Narkotacirlərə qarşı daha sərt qanunlar qəbul olunmalıdır Daxili siyasət 16:36 TÜRKPA: Bakı Türk dünyasının əməkdaşlıq mərkəzinə çevrilib Biznes 16:33 Foto Uşaq bezi və salfet kağızı istehsalı müəssəsinə investisiya qoyuluşu 27 milyon manata çatdırılacaq Biznes 16:33 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.