Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır" Fərdi 13 oktyabr, 2026 13:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyi (ROİL) Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır.
"Report" un məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
O, ROİL-də təmirdən sonra bir sıra işlərin görüldüyünü xatırlarıb:
"Bu lisey uzun müddətdir ki, faəliyyət göstərir. Təmirdə federasiyalar da iştirak etdilər. Növbəti mərhələdə bura ilə bağlı bəzi planlarımız var. Lisey idmanın inkişafı üçün vacib təhsil ocağıdır. Güləş, cüdo, boks idman növlərindən olan idmançılar burada yetişiblər. Onların arasıda olimpiya və dünya çempionları var. Burada 450 şagird təhsil alır. Onlar ölkəmizin müxtəlif bölgələrindədirlər. İnanıram ki, olimpiya, dünya çempionlarının sayı artacaq".
Qeyd edək ki, liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası və sinif otaqları yenidən qurulub.
Xatırladaq ki, 1963-cü ildən fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində dünya və olimpiya çempionları yetişib. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olublar.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Министр: Республиканский олимпийский спортивный лицей важен для развития азербайджанского спорта --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:36 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Hadisə 15:36 Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib Futbol 15:28 BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər Digər ölkələr 15:27 ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub Daxili siyasət 15:25 Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb Digər ölkələr 15:22 Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb Maliyyə 15:17 Naxçıvanda bank əmanətləri 46 % artıb Maliyyə 15:16 Nürnberq aeroportu fəaliyyətini dayandırıb Digər ölkələr 15:15 Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.