Futbol · APA Sport
“Turan Tovuz” Premyer Liqada 100-ə çatıb

“Turan Tovuz” Premyer Liqada ev oyunlarında 100-cü qoluna imza atıb.
Apasport.az xəbər verir ki, yubiley qolunun müəllifi Xorxe Silva olub.
O, Misli Premyer Liqasının IV turunda “Sumqayıt”la keçirilən qarşılaşmada (2:1) komandasına qələbə qazandıran topu vurub.
Bu qol “Turan Tovuz”un Premyer Liqadakı 73-cü ev görüşünə təsadüf edib. Tovuz təmsilçisi bununla da Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox ev qolu vuran 24-cü komanda olub.
Qeyd edək ki, klubun Premyer Liqadakı ilk qolu 2022-ci il sentyabrın 9-da qeydə alınıb. “Kəpəz”lə keçirilən və 2:0 hesabı ilə başa çatan görüşdə hesabı Runi Eva açıb.