İdman24
Futbol · Report İdman

Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm" Futbol 20 oktyabr, 2026 23:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.

"Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər".

O, rəqib komandanı qələbə münasibətilə təbrik etdiyini söyləyib:

"Borussiya", həqiqətən, güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin biz buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 00:00 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:42 Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir Digər ölkələr 23:28 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm" Futbol 23:28 Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb Region 23:08 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər" Futbol 22:56 İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil Region 22:46 "ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır Digər ölkələr 22:34 Foto UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6 Futbol 22:31 Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə