İdman24
Futbol · Report İdman

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Futbol 21 oktyabr, 2026 17:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qarabağ" klublarının aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Report" a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbirlər qurumda hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutub. Sessiyada Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, üzləşə biləcəkləri risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçi onların oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Sessiyada danışılmış oyunlar kontekstində futbolçu və məşqçilərin davranışlarının həssas məqamlardan biri hesab olunduğu, bu səbəbdən peşəkar davranışın daim yüksək məsuliyyət tələb etdiyi diqqətə çatdırılıb.

Görüşdə idmançıların və mütəxəssislərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı qeyd edilib. Peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikasının fəaliyyətin ayrılmaz hissəsi olduğu və futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıdığı bildirilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı matçlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və ehtimal olunan təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, etik borc, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olunan addımlar, məlumatın vaxtında və düzgün şəkildə verilməsi zərurəti, həmçinin məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə edilib. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və ictimai, eləcə də şəxsi profillərin düzgün idarə olunmasının vacibliyi xüsusi nəzərə çatdırılıb.

Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar verilib.

Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, həmçinin futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:36 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Region 18:33 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Diaspor 18:20 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Digər ölkələr 18:18 Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq Energetika 18:11 Foto Video Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik Diaspor 18:08 Foto Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir Hərbi 18:08 FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq Futbol 17:54 Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub Xarici siyasət 17:54 "Avropa uğrunda Vətənpərvərlər" fraksiyasının ofislərində axtarışlar aparılır Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə