Futbol · APA Sport
DÇ-2026: İsveçrə 1/8 finalda - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İsveçrə və Əlcəzair milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 07:00-da start götürüb.
Oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Bril Embolo və Dan Ndoy vurublar.
Qeyd edək ki, İsveçrə 1/8 finalda Kolumbiya - Qana matçının ən güclüsü ilə qarşılaşacaq.
DÇ-2026 1/16 final 3 iyul 07:00. İsveçrə – Əlcəzair 2:0
İsveçrə : Kobel, Zakariya, Elvedi, Akanji, Rodrigez, Froyler, Caka, Ndoye, Manzambi, Varqas, Embolo
Əlcəzair : Zidan, Ait-Nuri, Bensebaini, Mandi, Belqali, Bentaleb, Zerruki, Şaibi, Auar, Mahrez, Maza