"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Çempionlar Liqasında iştirak bizim üçün təcrübə oldu"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 11° C USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Çempionlar Liqasında iştirak bizim üçün təcrübə oldu" Futbol 28 noyabr, 2026 10:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi voleybolçulardan ibarət "Xilasedici" klubu üçün CEV Çempionlar Liqasında iştirak ilk təcrübə olub.
Bunu "Report" a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis Sloveniyada "ACH Volley Lyublyana" kollektivi ilə (1:3) keçirdikləri cavab matçını dəyərləndirib:
"Rəqib çox güclü komandadır. Səfərdə oynayırdıq və üstünlük meydan sahiblərində idi. Onların oyunçularının səviyyəsi bəlli idi. Buna baxmayaraq, voleybolçular yaxşı oyun göstərdilər, sonadək mübarizə apardılar, döyüşdülər. Komandama, oyunçularıma təşəkkür edirəm. Çempionlar Liqasında iştirak bizim üçün ilk təcrübə oldu. Gənc və yeni kollektivik. Yəqin ki, qarşıdakı mövsümlərdə bu səhvlərimizi təkrarlamarıq. Başda fövqəladə hallar naziri Kəmaləddin Heydərov olmaqla qurumun bütün əməkdaşlarına çox sağ ol deyirik, bizə maksimum dərəcədə dəstək oldular".
C.Cəlilov avrokuboklardakı çıxışlarını davam etdirəcəkləri CEV Kuboku ilə bağlı fikirlərini bölüşüb:
"Bu mövsüm bizim üçün Çempionlar Liqası səhifəsi bitdi. Mübarizəni CEV Kubokunda davam etdirəcəyik, önümüzdə yeni səhifə açılır. Orada da uğurlu nəticə qazanmaq istəyirik. İlk oyundan sonra Lyublyana təmsilçisinin gücünü gördük. Artıq Serbiya klubu ilə də maraqlanmışıq. Zəif rəqib deyil, amma əlimizdən gələni etməyə çalışacağıq. 1/16 final mərhələsində ilk görüş dekabrda, cavab matçı isə yanvarın 6-da və ya 7-də Serbiyada keçiriləcək".
Qeyd edək ki, noyabrın 26-da Lyublyanada baş tutan cavab qarşılaşmasında məğlub olan "Xilasedici" iki oyunun nəticəsinə əsasən CEV Çempionlar Liqasında mübarizəni dayandırıb. Bundan sonra CEV Kubokunda yoluna davam edəcək komanda 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 23:06 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Region 23:01 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Digər ölkələr 22:50 Los-Anceles sahillərində güclü zəlzələ olub Digər ölkələr 22:42 "Mançester Yunayted" antirekord müəyyənləşdirib Futbol 22:30 Netanyahu baş nazir postunu Ayzenkota verməyə razılaşıb Digər ölkələr 22:26 Video Cəlilabadda fərdi ev tamamilə yanıb Hadisə 22:10 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Digər ölkələr 21:47 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib Hadisə 21:31 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.