İdman24
Futbol · Report İdman

"Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli Futbol 04 noyabr, 2026 11:38 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Vikinq" və "Sabah" arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklarda 9-cu matçı olacaq.

"Report" un məlumatına görə, iki ölkə klubları indiyədək təsnifat və qrup (əsas) mərhələsində rəqib olublar.

Birinci qarşılaşma 2009-cu ilə təsadüf edib. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə "Rusenborq"la qolsuz heç-heçə edən "Qarabağ" Bakıda rəqibini minimal hesabla üstələyib - 1:0.

Daha sonra "İnter" (hazırkı "Şamaxı") "Tromse" ilə üz-üzə gəlib. Komandalar 2013/2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində görüşüblər. Səfərdə rəqibinə iki cavabsız qollla uduzan təmsilçimiz Bakıda qələbə (1:0) qazansa da, avrokuboklarla vidalaşıb.

"Qarabağ" 12 ildən sonra yenidən Norveç klubu ilə qarşılaşıb. "Köhlən atlar" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde"yə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə təşkil olunub.

Ağdamlılar 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində də "Molde" ilə görüşüb. Bakıda qalib gələn (1:0) "köhlən atlar" səfərdəki oyunda heç-heçəyə razılaşıb - 2:2.

Son olaraq "Qarabağ" 2024/2025 mövsümündə UEFA Avropa Liqasının Liqa mərhələsində "Budyo Qlimt"lə qarşılaşıb. Norveçdə baş tutan görüşdə Azərbaycan təmsilçisi sevinən tərəf olub - 2:1.

Beləliklə, indiyədək keçirilmiş 8 oyunun 2-də Norveç, 4-də Azərbaycan komandası qalib gəlib, 2 görüşdə isə heç-heçə qeydə alınıb.

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 12:37 Elvin Camalov: "2027-ci ilin büdcə zərfi xarici amillər nəzərə alınaraq hazırlanıb" Maliyyə 12:34 Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib İnfrastruktur 12:31 Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib Digər ölkələr 12:31 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Daxili siyasət 12:29 "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb" Komanda 12:25 Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək Biznes 12:21 Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib" Maliyyə 12:20 "Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb Futbol 12:15 Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb Mədəniyyət siyasəti Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə