İdman24
Futbol · APA Sport

Salahdan unikal nailiyyət - ÜÇÜNCÜ FUTBOLÇU OLDU

Məhəmməd Salah Avropanın üç əsas klub turnirində həm qol vuran, həm də məhsuldar ötürmə verən üçüncü futbolçu olub.

Apasport.az xəbər verir ki, misirli hücumçu UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu göstəriciyə nail olub.

Salah bu uğura “Trabzonspor”un Konfrans Liqasının ilk turunda Finlandiyanın KuPS klubu ilə qarşılaşmasında (4:2) imza atıb. O, matçda bir qol vurub və bir məhsuldar ötürmə verib.

Qeyd edək ki, Salahdan əvvəl Kudi Qakpo və Mario Götze də hər üç turnirdə həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıblar.

Orijinal mənbə

İdman24 əsas səhifə