Futbol · APA Sport
“Beşiktaş”ın xəstəxanaya aparılan futbolçusundan şad xəbər

“Beşiktaş”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Hapoel Beer-Şeva” ilə keçirdiyi oyunda zədələnən Emirhan Topçunun son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin xəstəxanada tibbi müayinədən keçdiyi bildirilib.
Künc zərbəsi zamanı başından zərbə alan futbolçu başgicəllənməsi səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Emirhan ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Müayinələr nəticəsində müdafiəçinin səhhətində hər hansı ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, Batumidə keçirilən qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.