İdman24
Futbol · Report İdman

Diplomatik korpusun Qarabağa səfəri ətrafında mübahisə bir səfərdən daha böyük məsələləri üzə çıxardı - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Diplomatik korpusun Qarabağa səfəri ətrafında mübahisə bir səfərdən daha böyük məsələləri üzə çıxardı - RƏY Qarabağ 18 sentyabr, 2026 13:10 Siyasi reallığın dəyişməsi cəmiyyətlərin düşüncəsinin, siyasi ritorikanın və müharibə illərində formalaşmış stereotiplərin eyni sürətlə dəyişməsi demək deyil. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri məhz bu baxımdan diqqət çəkən hadisəyə çevrildi.

Bunu "Report" a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan mənbələri bu səfərin 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 22-ci səfəri olduğunu qeyd edib:

"Xarici diplomatların qəbul edən ölkənin müxtəlif bölgələrinə səfər etməsi beynəlxalq diplomatik praktikada qeyri-adi hal deyil. Bu baxımdan məsələnin əsas siyasi tərəfi səfərin təşkil olunmasından daha çox ona verilən reaksiyadır. Çünki səfər ətrafında yaranan müzakirələr göstərdi ki, Qarabağ məsələsi hərbi mərhələ başa çatdıqdan sonra belə Ermənistanın siyasi və ictimai diskursunda öz əvvəlki emosional yükünü tam itirməyib".

Ş. Seyidzadə vurğulayıb ki, Ermənistanın öz daxilində səfərə münasibət birmənalı olmayıb.

Buna misal kimi o, Ermənistan mənşəli CivilNet-in məlumatına görə, keçmiş Qarabağ rəsmiləri, erməni alimləri və vətəndaş cəmiyyəti nümayəndələri səfəri tənqid edib, xüsusilə də Azərbaycan tərəfinin bəzi monastırları Qafqaz Albaniyası irsi kontekstində təqdim etməsinə etiraz etdiyni göstərib:

"Eyni mənbə qeyd edir ki, həmin vaxt Ermənistan hökuməti və əsas dövlət akademik qurumları tərəfindən səfərlə bağlı açıq rəsmi reaksiya verilməmişdi. Bu məqam mühümdür. Çünki ayrı-ayrı şəxslərin, media resurslarının və ictimai təşkilatların mövqeyi ilə Ermənistan dövlətinin rəsmi mövqeyini eyniləşdirmək düzgün olmaz".

Şahin Seyidzadə Deputat vurğulayıb ki, səfərdə 150 nümayəndənin iştirakı xüsusi diqqət çəkir və burada 58 ölkə və 9 beynəlxalq təşkilat təmsil olunub.

Onun fikrincə, bu faktın siyasi əhəmiyyəti var, lakin onu düzgün şərh etmək lazımdır:

"Azərbaycan ərazisində hansı diplomatik nümayəndə heyətinin hansı bölgəyə səfər etməsi Azərbaycan dövlətinin suveren səlahiyyətləri çərçivəsindədir. Xarici diplomatların Azərbaycan ərazisində hərəkət etməsi ilə bağlı onlara təzyiq göstərilməsi və ya iştiraklarına görə hədəfə çevrilmələri isə diplomatik münasibətlər baxımından problemli presedent yarada bilər. Azərbaycanın "Peace Bridge" təşəbbüsünün Azərbaycan qrupu da məhz bu məsələyə diqqət çəkərək bildirib ki, diplomatik korpusun Azərbaycan ərazisinə səfəri özü mübahisə predmeti olmamalıdır və diplomatlara və onların təmsil etdiyi ölkələrə yönəlmiş hücum xarakterli ritorika narahatlıq doğurur".

Ş. Seyidzadə bəyan edib ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin praktiki əhəmiyyəti böyükdür.

"Diplomatlar regionu yalnız xəritədən və ya siyasi hesabatlardan deyil, yerində görmək imkanı əldə edirlər. Xankəndidə yeni nəqliyyat infrastrukturu, Şuşada aparılan bərpa işləri, Qarabağ Universiteti, Ağdərə və Kəlbəcərdə həyata keçirilən layihələr barədə məlumat almaqla onlar Azərbaycan tərəfinin təqdim etdiyi postmünaqişə mənzərəsini birbaşa müşahidə ediblər. Səfərin proqramında tarixi və dini irs obyektlərinin də olması göstərir ki, Azərbaycan özünün regionla bağlı mövqeyini yalnız siyasi və iqtisadi deyil, tarixi-mədəni kontekstdə də təqdim etməyə çalışır".

Deputat hesab edir ki, diplomatik korpus nümayəndələrinin bu səfəri ətrafında yaranan mübahisə əslində bir səfərdən daha böyük məsələləri üzə çıxardı.

"Bu hadisə göstərdi ki, Qarabağ məsələsinin hərbi mərhələsi başa çatsa da, onun siyasi, tarixi və psixoloji nəticələri hələ tam aradan qalxmayıb. Azərbaycan üçün əsas reallıq ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur ölkənin dövlət idarəçiliyi və bərpa siyasətinin həyata keçirildiyi ərazilərdir. Diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfəri də bu dövlət idarəçiliyinin praktiki ifadələrindən biridir".

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Gülər Seymurqızı Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:15 Naxçıvanda qadın sahibkarların layihələrinə 1,4 milyon manatdan çox maliyyə ayrılıb Maliyyə 14:10 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Hadisə 14:04 Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" Turizm 14:04 Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır Digər ölkələr 14:03 Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb Futbol 13:59 Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar Fərdi 13:58 Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Digər ölkələr 13:54 Teymur Əliyev: "SOCAR-ın 8 startapı ayrıca şirkət kimi fəaliyyət göstərməyə hazırdır" Energetika 13:52 AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə