İdman24
Futbol · APA Sport

“Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər

İngiltərə Premyer Liqasının üç klubu “Mançester Siti”nin sahiblərinin klubu satmağa məcbur edilməsini istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Bildirilir ki, sözügedən klublar maliyyə qaydalarının sistematik şəkildə pozulması ilə bağlı ittihamlara görə Mançester təmsilçisinə qarşı daha sərt sanksiyaların tətbiq olunmasını tələb edirlər.

Xatırladaq ki, “Mançester Siti” 2009–2018-ci illəri əhatə edən dövrdə Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunur. Klub rəhbərliyi isə irəli sürülən ittihamları rədd edir.

İttihamlar təsdiqini tapacağı təqdirdə, “Mançester Siti” xallarının silinməsi, çempionluq titullarının geri alınması və hətta Premyer Liqadan kənarlaşdırılması kimi ciddi sanksiyalarla üzləşə bilər.

Qeyd edək ki, “Mançester Siti”nin satılmasını tələb edən üç klubun adı açıqlanmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə