Digər · APA Sport
“Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Türkiyənin “Fənərbaxça” klubu səfərdə Polşanın “Qornik Zabrze” ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İlk oyunda minimal hesablı qələbə qazanan İstanbul təmsilçisi cütün qalibi olaraq növbəti mərhələyə vəsiqə qazanıb. “Sarı-lacivərdlilər” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək.