DÇ-2026: Argentina finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, finalın ikinci iştirakçısı İngiltərə və Argentina yığmaları arasındakı matçdan sonra müəyyənləşib.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.
İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon fərqlənib: 1:0.
85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo Fernandez dəqiq oynayıb: 1:1.
Oyunun 92-ci dəqiqəsində Argentina millisi geridönüş edərək hesabda önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.
Matç bu hesabla başa çatıb və cənubi amerikalılar finala yüksəlib.
Argentina finalda İspaniya millisi ilə üz-üzə gələcək.
İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini sınayacaq.
23:00. İngiltərə – Argentina 1:2
Qol: A. Qordon, 55, E. Fernandez, 85, L. Martinez, 90+2
İngiltərə: Pickford, R. Ceyms, Stounz, Gexi, Spens, Rays, Elliot Anderson, Rocers, Bellinqem, Entoni Qordon, Harri Keyn.
Argentina: Emiliano Martines, Naul Taqliafiko, Lisandro Martines, Kristian Romero, Nahuel Molina, Enso Fernandes, Aleksis Mak Allister, Leandro Paredes, Covanni Simeone, Xulian Alvares, Lionel Messi.