Avropa çempionatı: Azərbaycanın daha 7 boksçusu növbəti mərhələyə yüksəlib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Avropa çempionatı: Azərbaycanın daha 7 boksçusu növbəti mərhələyə yüksəlib Fərdi 21 oktyabr, 2026 10:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin daha 7 idmançısı mərhələ adlayıb.
Bu barədə "Report" a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildirilib.
Veysilə Əliyeva (54 kq) 1/8 finalda şotlandiyalı Mairid Makgeoçə 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ukraynalı Alina İnatoviçlə üz-üzə gələcək.
Hüseyn Rəhimli (40 kq) də 1/8 final qarşılaşmasından qalib ayrılıb. Boksçu xorvatiyalı Matiya Yankoviçi ilk raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə ingiltərəli Feliks Runi ilə qarşılaşacaq.
Hümbət Almazov (42 kq) serbiyalı Petar Radivoyeviçdən üstün olub – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27). O, 1/4 finalda almaniyalı Kevin Lourenko de Kastro ilə qüvvəsini sınayacaq.
Gülay Ocaqova (57 kq) adını yarımfinala yazdırıb. İmişli boksunun yetirməsi 1/4 finalda italiyalı Quilia Qiustizierini yarışdan kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28). G.Ocaqova finala gedən yolda macarıstanlı Lia Toldi ilə mübarizə aparacaq.
Rafael Abbasov (66 kq) 1/4 finalda polşalı Yan Balaya 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Zakaria Tsiklauri ilə görüşəcək.
Sərxan Haxverdiyev (70 kq) 1/4 finalda polşalı Oliver Mayaya 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Boksçu növbəti döyüşündə italiyalı Dieqo Mastrorillo ilə gücünü yoxlayacaq.
Teymur Tanrıverdiyev (90 kq) isə 1/4 finalda türkiyəli Berat Yıldırımdan üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, yarımfinalda rusiyalı Andrey Konstantinovu sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:07 Nazirlik rəsmisi: Bu ilin ilk 9 ayında 2565 hektar torpaq sahəsi ilə bağlı bələdiyyə aktları ləğv edilib Daxili siyasət 12:07 Avropa Enerji İttifaqının yaradılmasına dair planlar açıqlanıb Energetika 12:04 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Fərdi 12:02 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Elm və təhsil 11:58 Video Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi Daxili siyasət 11:58 Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb İKT 11:54 Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir Biznes 11:51 Dövlət Komitəsi "Ailə institutu – 2040" layihəsi üzərində işləyir Sosial müdafiə 11:50 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.