İdman24
Futbol · Report İdman

Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 05 noyabr, 2026 12:34 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Qızıl top" mükafatının son qalibi Harri Keyn Almaniyanın "Bavariya" klubu ilə yeni müqavilə imzalayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli hücumçunun Münhen təmsilçisi ilə yeni sözləşməsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Təcrübəli forvard 2023-cü ilin yayında "Bavariya"ya keçdikdən sonra komanda ilə iki dəfə Bundesliqa çempionluğu, Almaniya Kuboku və iki dəfə Frants Bekkenbauer Superkubokunu qazanıb.

O, indiyədək çıxış etdiyi 161 rəsmi matçda 156 qol vuraraq ölkə və Avropa səviyyəsində rekordları yeniləyib. Ötən həftə isə dünyanın ən yaxşı futbolçusu seçilib.

Hücumçu Münhen klubundakı çıxışı ərzində hər mövsüm Bundesliqanın ən sərrast futbolçusu olub. Bundan əlavə, 2026-cı ildə Almaniyada ilin futbolçusu seçilib, 2023/2024 və 2025/2026 mövsümlərində isə iki dəfə Avropanın ən yaxşı bombardiri kimi "Qızıl buts" mükafatına sahib çıxıb.

Qeyd edək ki, H.Keyn kapitanı olduğu İngiltərə seçməsi ilə yayda Kanada, Meksika və ABŞ-də təşkil olunan dünya çempionatında 3-cü yeri tutub.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 15:34 Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb Xarici siyasət 15:25 AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir ASK 15:22 Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib İKT 15:21 Foto Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb Hərbi 15:13 Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir Xarici siyasət 15:10 Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb Digər ölkələr 15:08 Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram" Futbol 15:06 Akvakultura Mərkəzi: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər ASK 15:02 Foto Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə