Döyüş İdmanı · APA Sport
Güləş üzrə “Gəncə Kuboku” turniri keçirilib

Güləş üzrə “Gəncə Kuboku” turniri keçirilib.
Apasport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.
İlk dəfə keçirilən “Gəncə Kuboku”nda 8 komanda çıxış edib. U-15 yaş qrupu üzrə təşkil edilən yarışda Sumqayıt güləşçiləri kuboka sahib çıxıb. Gəncə-1 komandası 2-ci, Lənkəran kollektivi isə 3-cü yeri tutub.
Turnirin keçirilməsində məqsəd yeniyetmə idmançılar arasında rəqabət mühitini gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçilərin üzə çıxarılmasına şərait yaratmaq olub.