Edqaras Yankauskas: "Azərbaycan millisi ilə oyunda heç-heçə bizə kifayət etməyəcək"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 15° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Edqaras Yankauskas: "Azərbaycan millisi ilə oyunda heç-heçə bizə kifayət etməyəcək" Futbol 03 oktyabr, 2026 19:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:
"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq".
O, Andorra ilə görüşdə bəzi əsas futbolçulara istirahət verməsinə münasibət bildirib:
"Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər".
Baş məşqçi Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçə etməsinə də toxunub:
"Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir".
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 20:22 Video İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb Region 20:14 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Futbol 19:53 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Digər ölkələr 19:32 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Hadisə 19:27 Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq Energetika 19:09 Edqaras Yankauskas: "Azərbaycan millisi ilə oyunda heç-heçə bizə kifayət etməyəcək" Futbol 19:08 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Hadisə 19:00 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Region 19:00 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.